Dekabrın 29-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Dekabrın 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 27 dekabr 2014-cü il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.
Sonra 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əlaqədar daxil olmuş müraciətlərə baxıldı. Komissiya üzvlərinin müzakirəsindən sonra Azərbaycan Respublikası Seçki Məcəlləsinin və "Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına və dairə seçki komissiyalarına seçki hüquqlarının pozulması ilə əlaqədar şikayət və müraciətlərin verilməsi və onlara baxılması qaydaları haqqında Təlimat”ın tələblərinə əsasən vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə daxil olan müraciətlərə operativ şəkildə baxılaraq müvafiq qərarlar qəbul edildi.
İclasda cari məsələlərə də baxıldı.
Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edirdi.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi