Dekabrın 24-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Dekabrın 24-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi.
İclasda 2014-cü il dekabrın 23-də keçirilmiş bələdiyyə seçkiləri ilə əladədar MSK-ya daxil olmuş müraciətlərə baxıldı. Müraciətlər aidiyyat qaydalarının pozulması ilə daxil olduğundan, Komissiya üzvlərinin müzakirəsindən sonra baxılması üçün müvafiq seçki dairələrinin dairə seçki komissiyalarına göndərilməsinə qərar verildi.
İclasda cari məsələlərə də baxıldı.
Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edirdi.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi