Saat 17:00-a olan məlumata görə ölkə üzrə seçici fəallığı 36,38 faiz təşkil edib
23 dekabr 2014 19:35
Bələdiyyə seçkilərində saat 17:00-dək respublika üzrə 4 milyon 819 min 382 seçicidən 1 milyon 753 min 394-ü səs verib. Bu isə ümumi seçici fəallığının 36,38 faizini təşkil edir.
AzərTAc xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat verib. R.Gülməmmədov bildirib ki, respublika üzrə ən çox seçici fəallığı 48,28 faizlə 53 saylı Quba-Qusar seçki dairəsində qeydə alınıb. Ən aşağı seçici fəallığını isə 26,93 faizlə 21 saylı Nəsimi birinci seçki dairəsi göstərib.
O deyib ki, MSK-nın "Qaynar xətt”inə, "facebook” səhifəsinə və elektron poçt ünvanına 116 məlumat daxil olub. Bütün müraciətlər əməkdaşlar tərəfindən operativ şəkildə cavablandırılır. Müraciətlər seçki prosesi barədə əlavə informasiya almaq məqsədi daşıyır. Şikayət xarakterli heç bir müraciət daxil olmayıb.
AzərTAc