Noyabrın 26-da Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi

26 noyabr 2014 20:46

Noyabrın 26-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi.

İclasda 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxıldı. Komissiya üzvlərinin müzakirəsindən sonra daxil olan 5 müraciətdən 4-nün təmin olunmasına, digər müraciətin isə təmin olunmamasına qərar verildi.

İclasda cari məsələlərə də baxıldı.

Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edirdi.


Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi