Noyabrın 21-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Noyabrın 21-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 14 noyabr 2014-cü il tarixində keçirilmiş iclasının protokolu təsdiq edildi.
Sonra 2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar MSK-ya daxil olmuş müraciətlərə baxıldı və Komissiya üzvlərinin müzakirəsindən sonra daxil olan hər 3 müraciətin təmin edilməsi qərara alındı.
MSK-nın qərarı ilə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.
İclasda cari məsələlərə də baxıldı.
Kütləvi informasiya vasitələrinin nümayəndələri iclasda iştirak edirdi.
Mərkəzi Seçki Komissiyası Katibliyinin
Media və ictimai əlaqələr şöbəsi