Oktyabrın 27-də Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirildi
Oktyabrın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının
növbəti iclası keçirildi. Əvvəlcə Komissiyanın 20 oktyabr və 21 oktyabr
2014-cü il tarixində keçirilmiş iclaslarının protokolları təsdiq edildi.
Sonra
2014-cü il dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkilərində Yeni Azərbaycan
Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası və Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin
qeydə alınması məsələsi müzakirə edildi və sözügedən partiyalar tərəfindən təqdim
olunmuş şəxslər səlahiyyətli nümayəndələr kimi qeydə alındı.
Mərkəzi Seçki Komissiyasının qərarı ilə bəzi seçki
dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edildi.
Komissiyanın
iclasında cari məsələlərə də baxıldı.
İclasda beynəlxalq qurumların təmsilçiləri, həmçinin
kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdi.