İyulun 29-da Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 28 dekabr 2006-cı il tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" 27 dekabr 2011-ci il tarixli sərəncamlarının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlamışdır.
İyulun 29-da Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli sərəncamlarının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlamışdır.
Kursların açılış mərasimində giriş nitqi ilə çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkilərin hər bir ölkədə demokratiyanın əsas göstəricilərindən biri olduğunu vurğulayaraq ölkəmizdə azad, ədalətli və şəffaf seçkilərin keçirilməsi ənənəsinin əsasının qoyulduğunu bildirmişdir. O qeyd etmişdir ki, respublikada həyata keçirilən uğurlu siyasət nəticəsində demokratik seçkilərin keçirilməsi üçün zəruri olan ictimai-siyasi sabitlik bərqərar olmuş, beynəlxalq təcrübəyə söykənən mütərəqqi hüquqi baza
yaradılmışdır. Son illər ərzində demokratik seçkilər üçün labüd olan ictimai-siyasi sabitlik daha da möhkəmləndirilmiş, qanunverici baza təkmilləşdirilmişdir. Ölkə rəhbərinin siyasi iradəsi, diqqəti və qayğısı nəticəsində ölkəmizdə demokratik seçki praktikası ildən-ilə mükəmməlləşir və bu sahədə böyük nailiyyətlər əldə olunmuşdur.
Daha sonra sədr qeyd etmişdir ki, hələ bir neçə il öncə dövlət başçısının göstərişi əsasında 100-dən artıq dairə seçki komissiyası üçün yeni binalar inşa edilmiş, qalan DSK-ların binaları isə əsaslı təmir olunmuşdur. Qarşıdan gələn seçkilər ərəfəsində də məntəqə seçki komissiyaları münasib binalarda yerləşdirilmiş, seçicilərin azad səsverməsi üçün lazımi şərait yaradılmışdır. Hərəkət qabiliyyətində məhdudiyyətlər olan seçicilər üçün 1113 məntəqədə panduslar quraşdırılmış, veb-kameralar yerləşdirilən məntəqələrin sayının 1000-ə çatdırılması nəzərdə tutulmuşdur. Dairə və mənətəqə seçki komissiyaları üzvlərinin seçki qanunvericiliyinin tələblərinə uyğun fəaliyyət göstərmələri üçün bütün lazımi şərait yaradılmış, komissiyalar texniki və digər zəruri avadanlıqlarla təchiz olunmuşlar. Bütün bunlara görə MSK sədri ölkə başçısına dərin təşəkkürünü bildirmişdir.
Sədr aşağı seçki komissiyalarının maarifləndirilməsi və peşə hazırlığının gücləndirilməsi işinin də daim diqqətdə saxlandığını bildirmişdir: "Dövlət başçısının imzaladığı "Azərbaycan
Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli sərəncamlar bu baxımdan müstəsna əhəmiyyətə malik sənəddir. Sözügedən sərəncamlara uyğun olaraq Mərkəzi Seçki Komissiyası 2007, 2009, 2010 və 2011-ci illərdə də belə kurslar keçirmiş və həmin tədbirlərdə aşağı seçki komissiyalarının üzvləri iştirak etmişlər. Dairə seçki komissiyalarının sədrləri üçün keçiriləcək kurslarda ölkənin ali qurumlarının rəhbər şəxsləri, nüfuzlu dövlət xadimləri, elm adamları və təcrübəli mütəxəssislər mühazirələr oxuyacaqlar. DSK-ların sədrləri üçün keçirilən kurslar başa çatdıqdan sonra avqustun 5-dən 7-dək dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri üçün kurslar təşkil olunacaqdır. Əminəm ki, sözügedən kurslar aşağı seçki komissiyaları üzvlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsində ciddi rol oynayacaqdır”.
M. Pənahov maarifləndirmə tədbirlərinin davam etdiriləcəyini qeyd edərək bildirmişdir ki, belə layihələrin bir çoxunun beynəlxalq qurumların iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. O,
MSK-nın reallaşdıracağı maarifləndirmə proqramının bütün seçki subyektlərini əhatə edəcəyini də diqqətə çatdırmışdır.
MSK sədrinin çıxışından sonra tədbirə qatılan Azərbaycan Respublikası Prezidentinin Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev və ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay tədbirdə çıxış edərək iştirakçıları kursların başlanması münasibətilə təbrik etmiş və onlara uğurlar arzulamışlar.
Kursların açılışında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov da iştirak etmişlər.