Asiya siyasi partiyaların beynəlxalq təşkilatları Azərbaycanda keçirilən prezident seçkilərini yüksək qiymətləndirir
Asiya və Sakit okean hövzəsinin 300-dən çox partiyalarının daxil olduğu Asiya Siyasi Partiyalarının Beynəlxalq Konqresi Azərbaycanda prezident seçkilәrini yüksәk qiymətləndirmişdir. Bu haqda təşkilatın Baş Katibi Çunq-ey-Yonq Müstəqil Mətbuat Mərkəzində keçirilmiş mətbuat konfransında qeyd etmişdir.
Konqresin missiyası bir neçə seçki məntəqəsində prezidentliyə namizәdlәrin nümayəndələri ilə görüşdü və bizdə belə bir təəssürat yarandı ki, Azərbaycanda seçkilər qanun pozuntusu olmadan, demokratik şəraitdə keçirildi. Hər bir namizəd öz seçicilərinə platformalarını təqdim etmək imkanı əldə etdi.
Azərbaycan xalqı səsvermə prosesində fəal iştirak edib və seçki məntəqələrinin texniki təminatı yüksək səviyyədə idi, o qeyd etmişdir. Azәrbaycan xalqı dünən ölkənin gələcəyinə istiqamətlənmiş çox vacib qərar verib, o qeyd etmiş və xalqı yaxşı seçiminə görə təbrik etmişdir.