Müşahidəçilər Azərbaycan vətəndaşlarının sərbəst iradə nümayiş etdiklərinin şahidi oldular – COPAL
Müşahidəçilər Azərbaycan vətəndaşlarının prezident seçkilərində sərbəst iradə nümayiş etdiklərinin şahidi oldular, COPAL-ın prezidenti və Latın Amerikası və Karib dənizi adaları Konqresi təşkilatlarından olan müşahidəçi missiyasının rəhbəri Qustavo Karvaxal MMM-də seçkilərin müşahidəsi barədə keçirilən mətbuat konfransında qeyd edib.
"Seçki prosesi mütəşəkkil surətdə keçdi, hər bir seçicinin barmağına xüsusi mürəkkəb vuruldu ki, bu da saxtakarlığın olmasını məhdudlaşdırır,” Karvaxal qeyd edib.
Onun sözlərinə görə, missiya səhər tezdən başlayaraq seçici aktivliyini müşahidə edib.
KOPAL-dan olan missiya həmçinin qeyd etmişdir ki, vətəndaşların fəallığı və onların ölkənin daha da inkişaf etməsi və Azərbaycanın gələcəyinə inandıqlarının şahidi olduq, o qeyd etmişdir.
"Biz beynəlxalq standartlara uyğun keçirilən seçkilərdən razıyıq və seçicilərin seçdiyi prezident ölkənin daha da inkişaf etməsi üçün əlindən gələni edəcək, ” Karvaxal bildirmişdir.