Yüksək seçici fəallığı əhalinin hәyata keçirilən siyasəti dəstəklədiyinin göstəricisidir, QDİƏT-dən olan müşahidəçilər
Azərbaycanda seçki məntəqələrinin atmosferi çox yaxşı idi, səhərdən məntəqələrdə səs vermək istəyən seçicilər növbəyə durmuşdular, Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatının parlament assambleyasından olan müşahidәçilәr missiyasının üzvü, Rusiyanın Dövlət Dumasının nümayəndəsi Saliya Murzabayeva MMM-də keçirilən mətbuat konfransında qeyd etmişdir.
Onun sözlərinə görə, seçicilərin aktivliyi Azərbaycanda seçicilərin vәtәndaş fəallığı və vətənpərvərlik və Vətənə sevgisindən xəbər verir.
Aydındır ki, əhalinin hamısı hazırkı siyasi kursu və ölkənin yenidən inkişafını dәstәklәyir, Murzabayeva qeyd etmişdir.
Seçkilər mükәmmәl təşkil olunmuşdu, Gürcüstan parlamentini təmsil edən missiyanın üzvü Mixail Mançvariani qeyd edib.
Onun sözlərinə görə, partiyanın bütün nümayəndələri missiya ilə danışıqlar zamanı heç bir pozuntunun olmadığını təsdiq edib.
O, həmçinin qeyd etmişdir ki, Sumqayıt və Bakıda seçki məntəqələrində olublar və müşahidəçilər seçkilərin müşahidəsi zamanı heç bir maneələrlə üzləşməyibər.
Mançvarianinin sözlərinə görə, pozuntular olmamış və seçkilər yüksək səviyyədə keçirilmişdir.