Azərbaycanda seçkilər sistemi 10 il müddətində çox inkişaf edib – Natali Qule
Fransanın bütün 5 partiyasını təmsil edən müşahidəçilər qrupu Quba rayonunda monitorinq aparmış və qeyd etmişdirlər ki, qrup heç bir pozuntu müşahidə etməyib, Fransa Senatının missiya rəhbəri Natali Qule Müstəqil Mətbuat Mәrkәzindә keçirilən mətbuat konfransında demişdir.
Qulenin sözlərinə görə, 10 il bundan əvvəl ilham Әliyevin qalib gəldiyi 1-ci seçkilərdə missiyanın üzvü kimi iştirak etdiyi üçün ölkəni yaxşı tanıyır.
"Mən dediyim sözlərə görə məsuliyyət daşıyıram, Azərbaycanda 10 il ərzində seçki sistemində böyük inkişafın şahidi oldum, ” Qule qeyd etmişdir.
Fransa Senatından olan müşahidəçi qrupun digər üzvünün sözlərinə görə, seçkilər yüksək səviyyədə keçdi və məntəqələrdə heç bir problem müşahidə etmədik. Onun sözlərinə görə, bütün müşahidəçi missiyası eyni mənzərənin şahidi olmuşdur.
"Fransada və Azərbaycanda keçirilən seçkilər arasında heç bir fərq görmürəm. Yeganə fərq ondandır ki, Azərbaycanda seçkiləri çoxsaylı müşahidəçilər missiyası izləyir,” o qeyd etmişdir.