Gənclərin prezident seçkilərində fəal iştirakı Azәrbaycanda demokratiyanın göstəricisidir – Asiya və Sakit Okean hövzəsi Beynəlxalq Mərkəzçi Demokratlar(CAPTİ) təşkilatının missiyası
Gənclərin prezident seçkilərində fəal iştirakı Azәrbaycanda demokratiyanın göstəricisidir, Asiya və Sakit Okean hövzəsi Beynəlxalq Mərkəzçi Demokratlar(CAPTİ) təşkilatından olan missiyanın rəhbəri Muhammad Yusuf Kalla mətbuat konfransında qeyd etmişdir.
Onun sözlərinə görə, ölkədə seçkilər şəffaf və sülh şəraitində keçmişdir. "Biz seçki məntəqələrində heç bir təzyiq müşahidə etməmişik,” Kalla qeyd etmişdi.
Kalla bildirmişdir ki, seçicilərlə yanaşı, yerli müşahidəçilər də daxil olmaqla bütün müşahidəçilər seçki prosesində sərbəst iştirak edə bilmişdirlər.
"Biz seçicilərin problem və ya hər hansı bir qanun pozuntuları ilə üzləşdiklərinin şahidi olmadıq,” Kalla qeyd etmişdir.
Konfrans zamanı qeyd edilmişdir ki, Azәrbaycan yüksək iqtisadi nailiyyət əldə etmişdir və bu, ölkәnin düzgün iqtisadi siyasət yürütməsinin nəticəsidir.