Türkdilli ölkələrin əməkdaşlıq Şurasının missiyası məntəqələrdə seçicilərə təzyiqlərin olmadığını qeyd edib
Türkdilli ölkələrin əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı Müstəqil Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında qeyd etmişdir ki, Ağdamın işğal olunmayan ərazilərində yerləşən üç seçki məntəqəsində üç müşahidəçi qrupu monitorinq aparmışdır. Onun sözlərinə görə, missiya məntəqələrdə seçicilərə təzyiqlərin olmasını müşahidə etməyib. Əkınçının sözlərinə görə, missiya prezidentliyə namizədlərin nümayəndələri ilə görüşmüş, söhbәt etmiş və heç bir pozuntu və şikayət qeyd olunmamışdır.
"Azərbaycanda keçirilən bu seçkilər texniki cəhətdən ən yaxşısı olub. Bundan başqa, qeyd etmək istərdim ki, Ağdam rayonunda yaşayan qaçqınların hər biri yaxşı şəraitdə yaşayır və yaşayış yerləri ilə təmin edimişdirlər,” Akınçı qeyd edib.
Türkdilli ölkələrin əməkdaşlıq Şurasının nümayəndəsi həmçinin qeyd etmişdir ki, məntəqələrdə müxtəlif missiya müşahidәçilәri var idi.
"Biz MSK-ya seçkilәrin sərbəst, demokratik və yüksək səviyyədə keçirilməsi üçün gördükləri bütün işlərə görə təşəkkür edirik,” o, qeyd edib.
Abzal Səfərbəyov – Türkdilli ölkələrin əməkdaşlıq şurasının layihələr direktoru öz növbəsində qeyd etmişdir ki, missiyanın monitorinq apardığı məntəqələrdə təxminən günün yarısında seçicilərin təxminən 50 faizi səs vermişdilər. Onun sözlәrinә görə, missiya heç bir pozuntu müşahidə etmәmişdir.