Azәrbaycanda seçkilər sülh şəraitində keçdi - TürkPA
Azərbaycanda seçkilərin keçirilməsi üçün hər cür şərait yaradılmışdır,” TÜRKPA-nın Baş katibi cənab Jandos Asanov Müstəqil Mətbuat Mərkəzində oktyabrın 10-da keçirilən mətbuat konfransında" Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) qısamüddətli müşahidəçilər qrupunun fəaliyyətini şərh edərkən demişdir.
TÜRKPA Müşahidәçilәr Missiyasının rəhbəri, Türkiyə Parlamentinin üzvü cənab Haluk İpek qeyd etdi ki, TürkPA missiyası seçki məntəqələrində bütün günü monitorinq keçirmişdir və seçicilərin, həmçinin gənc seçicilərin aktivliyi müşahidə edilmişdir: "Seçkilərə hazırlıq və təşkilatı məsələlər yüksək səviyyədə tәşkil olunmuşdur. Seçicilərin istədikləri namizədə sərbəst və şəffaf şəkildə səs vermələri üçün hər cür şərait yaradılmışdır. Həmçinin qeyd etməliyəm ki, seçki məntəqələri texniki avadanlıqlarla yüksək səviyyədə təmin edilmişdir. Xüsusilə veb – kameraların quraşdırılması seçkilərin daha da şəffaf keçirilməsini təmin etmişdir.”
Onun sözlərinə görə, namizədlərin seçkiqabağı kampaniyaları da yüksək səviyyədə həyata keçirilmişdir, namizədlər beynəlxalq standartlara uyğun olaraq öz təbliğat-təşviqat kampaniyalarını sərbəst həyata keçirə bilmişdirlər.
Seçkilər sülh və sakit şəraitdə keçirilmişdir.