Ukrayna parlamentinin müşahidə missiyası: Prezident seçkiləri Azərbaycan Konstitusiyasına əsasən keçirilmişdir
Prezident seçkiləri Azərbaycan Respublikasının Konstitusiyasına əsasən keçirilmişdir.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, bu sözləri Azərbaycanda keçirilən prezident seçkilərinin gedişini izləyən Ukrayna Parlamentinin müşahidə missiyasının nümayəndələri keçirdikləri mətbuat konfransında söyləmişlər.
Bildirilmişdir ki, Ukrayna parlamentinin 5 müşahidəçisi Bakıda və ətraf rayonlarda yerləşən 5 seçki dairəsi üzrə 10 məntəqədə səsvermənin gedişini izləmişdir.
Müşahidəçilər səsvermənin seçici fəallığı ilə, sakit, azad və şəffaf keçdiyini bildirirlər.
Ümumilikdə isə Ukrayna müşahidəçiləri prezident seçkilərini müxtəlif siyasi pariyaların və dünyanın 100-dən çox ölkəsindən gələn 1300 müşahidəçinin izləməsini yüksək qiymətləndirmişlər.
Ukraynanın müxtəlif mətbuat orqanlarının müşahidə missiyası da seçkilərə hazırlıq və səsvermə günü heç bir çatışmazlıq və pozuntu qeydə almadıqlarını bildirmişlər.
Ukraynalı müşahidəçilər demişlər: "Bütün bunlar seçkilərin demokratik, azad, şəffaf və ədalətli keçdiyini, beynəlxalq standartlara cavab verdiyini söyləməyə əsas verir”.