Çexiya Respublikasının aparıcı partiyalarının nümayəndələri Azərbaycanda seçkilərdə seçicilərin aktivliyi və seçki prosesinin şəffaflığını vurğuladılar
Bakı, 9 oktyabr. Çexiya Respublikasından gəlmiş 3 əsas partiyaların nümayәndәlәri Bakıda və şəhərdən kənarda yerləşən bir neçə seçki məntəqələrində keçirilmiş prezident seçkilərini izləmə imkanı əldə ediblər, bu haqda nümayəndələr Müstəqil Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında bildirib.
Onların sözlərinə görə, seçkilər yaxşı təşkil olunmuşdu və yaxşı, sərbəst şəraitdə keçirilmişdir. Çexiya nümayəndələrinin sözlərinə görə, müxalifət partiyalarının seçkilərdə iştirak etməsi seçki prosesi üçün stimul oldu.
"Seçicilərin yüksək aktivliyi müşahidə olundu və ümid edirik ki, Seçkilər Azərbaycanın demokratik inkişafının möhkəmlənməsində növbəti mərhələ olacaq,” Çexiyadan olan müşahidəçilər qeyd etdilər.
Müşahidəçi qismində çıxış edən Çexiya parlamentinin keçmiş deputatı qeyd etmişdir ki, seçkilər demokratik keçmiş və seçicilərin yüksək fəallığı müşahidə edilmişdir. O, hәmçinin qeyd etmişdir ki, seçkilər yaxşı təşkil olunmuşdur.