Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" 28 dekabr 2006-cı il tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında" 27 dekabr 2011-ci il tarixli sərəncamlarının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar iyulun 31-də davam etmişdir.
Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli sərəncamlarının icrası ilə əlaqədar dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar iyulun 31-də davam etmişdir.
Tədbirdə "Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik aktları və məsuliyyət növləri” mövzusunda mühazirə ilə çıxış edən Azərbaycan Respublikası baş prokurorunun birinci müavini Rüstəm Usubov bildirmişdir ki, seçki komissiyalarının fəaliyyətinə müdaxilə edənlər - partiyalar, bələdiyyələr və digər təşkilatların nümayəndələri Cinayət Məcəlləsinə uyğun məsuliyyətə cəlb oluna bilərlər.
Seçki hüquqlarının pozulmasına görə məsuliyyət növlərindən danışan Rüstəm Usubov əvvəlki seçkilərin nəticələri ilə bağlı Baş Prokurorluğa edilmiş müraciətlər və qanun pozuntularının
araşdırılması nəticəsində qəbul edilmiş qərarlar barədə də məlumat vermişdir.
Azərbaycanda 2008-ci ildə keçirilmiş prezident seçkiləri zamanı Baş Prokurorluğa heç bir müraciətin daxil olmadığını deyən Rüstəm Usubov vurğulamışdır ki, 2010-cu ildə parlament seçkiləri ilə bağlı 89 müraciət qeydə alınmışdır. Həmin müraciətlərin 83-ü MSK-ya və dairə seçki komissiyalarına göndərilmiş, 5-i ilə bağlı şərh verilmişdir. Bir müraciətlə bağlı isə cinayət işi açılmışdır. Qanun pozuntularının sayının azalması seçki komissiyalarının işinin düzgün qurulmasının nəticəsi kimi də qiymətləndirilə bilər.
Növbəti mühazirəni MSK sədrinin müavini Natiq Məmmədov "Vətəndaşların seçki hüquqlarının pozulmasına aid müraciətlərə baxılması” mövzusunda etmişdir. O, bildirilmişdir ki, artıq Mərkəzi Seçki Komissiyasında vətəndaşların müraciətlərinin araşdırılması üçün mexanizm qurulmuşdur. Vətəndaşların seçki hüquqlarının pozulmasına aid müraciətlərə baxılması məsələlərinə toxunan MSK sədrinin müavini vurğulamışdır ki, son vaxtlar şikayətlərin azaldılması meylləri müşahidə olunur. Bu da maarifləndirmə işinin artırılması ilə bağlıdır.
Sözügedən kurslar çərçivəsində növbətu mühazirəni Ali Məhkəmənin sədri Ramiz Rzayev demişdir. DSK sədrləri üçün "Seçki hüquqlarının məhkəmə müdafiəsi, mübahisələrin məhkəmə
aidiyyatı. Bu sahədə məhkəmə təcrübəsi” mövzusunda mühazirə oxuyan Ali Məhkəmə sədri seçki subyektlərinin hüquqlarının pozulması ilə bağlı məhkəmələrə müraciətin nəzəri tərəfləri barədə məlumat vermişdir. O, bildrimişdir ki, seçki hüquqları ilə bağlı şikayətlər birbaşa Ali Məhkəməyə edilə bilməz. Bunun üçün hüquqları pozulan seçicilər, namizədlər, siyasi partiyalar, siyasi partiyalar blokları, təşəbbüs qrupları şikayətləri əvvəlcə ilk məhkəmə instansiyasına müraciət etməlidirlər. Ali Məhkəmə sədrinin sözlərinə görə, seçki hüququ ilə bağlı iş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticə hissəsi elan oldunduğu vaxtdan 24 saatdan səsvermə gününə 30 gün qalmış və ondan sonrakı qəbul edilmiş qərardan isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır. İş üzrə məhkəmə qərarlarından həmin qərarın tam formada təqdim olunduğu 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər.
R. Rzayev çıxışının sonunda DSK sədrlərinin suallarını cavablandırmış və onlara uğurlar arzulamışdır.
Qeyd edək ki, seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında” 28 dekabr 2006-cı il tarixli və "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli
Fəaliyyət Proqramının təsdiq edilməsi haqqında” 27 dekabr 2011-ci il tarixli sərəncamlarının icrası ilə əlaqədar keçirilir.