Almaniyalı ekspertlər: Azərbaycanda prezident seçkiləri demokratik seçki standartları çərçivəsində baş tutmuşdur
Almaniyalı ekspertlər: Azərbaycanda prezident seçkiləri demokratik seçki standartları çərçivəsində baş tutmuşdur.
Azərbaycanda prezident seçkiləri demokratik seçki standartları çərçivəsində baş tutmuşdur.
Bu sözləri 36 nəfədən ibarət Almaniya nümayəndə heyətinin təmsilçiləri oktyabrın 9-da prezident seçkilərindən sonra keçirdikləri mətbuat konfransında demişlər.
Qrupun rəhbəri, almaniyalı ekspert Edvard Lintner missiyanın üzvləri barədə məlumat verərək bildirmişdir ki, qrupa Avropa Parlamentinin, Almaniya Bundestaqının hazırkı və keçmiş üzvləri daxildirlər.
Ekspertlər bir sıra seçki məntəqələrində olduqlarını, seçkinin tam şəffaf, problemsiz baş tutduğunu qeyd etmişlər. Nümayəndə heyətinin üzvləri oktyabrın 8-dən prezident seçkilərini izləmək üçün ölkəmizə səfər etdiklərini bildirmiş, seçkilərin, sülh şəraitində, şəffaf şəkildə keçdiyini vurğulamışlar. Almaniyalı ekspertlər hər bir namizəd üçün İctimai Televiziya və Radio Şirkətində bərabər vaxtların ayrıldığını, onların Bakıda və regionlarda seçicilərlə görüşmələri üçün şəraitin yaradıldığını diqqətə çatdırmışdır.
Seçki bülletenlərində müxtəlif partiyalar tərəfindən namizədliyi irəli sürülən hər bir namizəd üçün tam dolğun məlumatların əks olunduğunu söyləyən E.Lintner müşahidə etdikləri məntəqələrdə hər hansı bir qanun pozuntusunun olmadığını bildirmişlər. Qrupun üzvləri seçiciyə qarşı hər hansı bir mənfi təsir hallarının baş vermədiyini də vurğulamışlar.
Almaniyalı ekspertlər fürsətdən istifadə edərək Azərbaycanda seçki prosesinin əsaslarının beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğunluğunu bəyan etmişlər.