Respublika üzrə saat 15.00-dək olan seçici fəallığı açıqlanmışdır
Bakı, 9 oktyabr. Oktyabrın 9-da keçirilən prezident seçkilərinin respublika üzrə saat 15.00-dək olan seçici fəallığı açıqlanmışdır.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, ilkin məlumatlara əsasən, 2 milyon 987 min 213 nəfər səs vermiş, ölkə üzrə seçici fəallığı 58,05 faiz təşkil etmişdir.
"Seçkilər” İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında MSK katibliyinin informasiya mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat vermişdir. Bildirilmişdir ki, seçici fəallığına görə 70,68 faiz səslə 14 saylı Xəzər, 67,57 faizlə 110 saylı Zaqatala, 64,85 faizlə 70 saylı Masallı şəhər seçki dairələri öndədir.
Səsvermə saat 19:00-da başa çatacaqdır.