Respublika üzrə saat 12.00-dək olan seçici fəallığı açıqlanmışdır
Oktyabrın 9-da keçirilən prezident seçkilərinin respublika üzrə saat 12.00-dək olan seçici fəallığı açıqlanmışdır.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, ilkin məlumatlara əsasən, 1 milyon 894 min 50 nəfər səs vermiş, ölkə üzrə seçici fəallığı 36,81 faiz təşkil etmişdir. Bu barədə "Seçkilər” İnformasiya Mərkəzində keçirilən mətbuat konfransında MSK katibliyinin informasiya mərkəzinin müdiri Rüfət Gülməmmədov məlumat vermişdir. Bildirilmişdir ki, seçici fəallığına görə 44,83 faiz səslə 14 saylı Xəzər, 43,70 faizlə 13 saylı Xəzər-Pirallahı, 43,36 faizlə 110 saylı Zaqatala seçki dairələri öndədir.
Səsvermə saat 19:00-da başa çatacaqdır.