TürkPA Beynəlxalq müşahidəçilər missiyası prezident seçkilərini müşahidə edəcəkdir
Bakı, 8 oktyabr. Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq müşahidəçilər missiyası Azərbaycan Respublikasında keçiriləcək prezident seçkilərini müşahidə edəcəkdir.
Müstəqil Mətbuat Mətkəzi xəbər verir ki, missiyanın tərkibinə Qazaxıstan, Qırğızıstan, Türkiyə parlamentlərinin millət vəkilləri və TürkPA Beynəlxalq katibliyinin əməkdaşları daxildirlər. Müşahidəçilər missiyası məntəqələrdəki seçki prosesini yaxından izləmək məqsədilə Bakının bir sıra seçki məntəqələrini ziyarət edəcəklər.
Oktyabrın 10-da TürkPA missiyası seçkilərin yekununa dair rəsmi hesabatı təqdim ediləcəkdir.