Yanvarın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir
06 yanvar 2005 13:37
Yanvarın 6-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.
İclasda Azərbaycan Respublikasında 2004-cü il dekabrın 17-də keçirilmiş bələdiyyə seçkilərinin yekunları haqqında məsələ müzakirəyə çıxarılmışdır.
17 dekabr 2004-cü ildə 2731 bələdiyyəyə seçki keçirildiyinin, 38 041 nəfər namizədin seçkilərdə iştirak etdiyini xatırladan Komissiya sədri sözügedən seçkilərin qanun çərçivəsində, bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planına uyğun şəkildə keçirildiyini qeyd etmişdir. MSK sədri seçkilərdə şəffaflıq prinsipinə riayət olunduğunu, yeli və xarıcı müşahidəçilərə, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələrinə müşahidə aparmaları üçün lazımi şəraitin yaradıldığını bildirmiş və müşahidə missiyasını həyata keçirdikləri üçün onlara təşəkkür etmişdir. O, eyni zamanda seçkilərin keçirilməsində köməyini əsirgəməyən ABŞ, Böyük Britaniya, Fransa və Norveçin ölkəmizdəki səfirliklərinə, İFES təşkilatına da minnətdarlığını bildirmişdir.
Sonra MSK-nın katibi Natiq Məmmədov gündəlikdəki məsələ barədə məlumat vermişdir. Seçici siyahılarındakı 4 551 246 nəfər seçicidən 2 109 267 nəfərin, yəni seçicilərin ümumi sayının 46,34 faizinin seçkilərdə iştirak etdiyini, ümumilikdə Respublika üzrə seçkilərin baş tutduğunu, qanuna uyğun şəkildə keçirildiyini qeyd edən MSK katibi Komissiya üzvlərini Mərkəzi Seçki Komissiyasının 17 dekabr 2004-cü ildə keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunları haqqında qərarının layihəsi ilə tanış etmişdir.
Komissiya üzvlərinin əksəriyyəti qərar layihəsi ilə razı olduqlarını bildirmişlər. Onların ümumi rəyi bundan ibarət olmuşdiur ki, bəzi qüsurların olmasına, dairə seçki komissiyalarının bəzilərinin sədrlərinin və bir sıra məntəqə seçki komissiyaları üzvlərinin fəaliyyətlərindəki nöqsanlara baxmayaraq bələdiyyə seçkiləri ümumilikdə Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə, normal keçmişdir. Onlar bu seçkilərin keçirilməsi ilə dövlətimizin demokratiyaya doğru daha bir addım adtığını vurğulamışlar.
Mərkəzi Seçki Komissiyası 17 dekabr 2004-cü ildə keçirilmiş bələdiyyə seçkilərinin ümumi yekunları haqqında qərarı təsdiq etmişdir. Qərarın lehinə 13, əlehinə isə 2 nəfər Komissiya üzvü səs vermişdir.
MSK-nın qərarına görə, 21 471 nəfər bələdiyyə üzvü seçilmişdir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələbləri pozulduğundan 20 seçki mənətəqəsində səsvermənin nəticələri dairə seçki komissiyaları tərəfindən, 409 seçki mənətəqəsində isə səsvermənin nəticələri Mərkəzi Seçki Komissiyası tərəfindən etibarsız hesab edilmişdir. Seçki Məcəlləsinin 240.1.2-ci maddəsinin tələbinə uyğun olaraq 135 bələdiyyəyə keçirilmiş seçkilər etibarsız hesab edilmişdir. 50 seçki məntəqəsində isə seçicilərin seçkidə iştirak hüququ pozulduğundan həmin seçki komissiyalarının tərkibi buraxılmışdır. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 25.2.22-ci maddəsinə əsasən 9 seçki dairəsi dairə seçki komissiyalarının sədrlərinin öz vəzifələrinə uyğun gəlmədikləri müəyyən edilmişdir.
İclasda ABŞ və Fransa səfirliklərinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.