Həcc ziyarətində olan Azərbaycan vətəndaşları da seçki hüququndan istifadə edə biləcəklər
Məkkədə, Həcc ziyarətində olan Azərbaycan Respublikasının vətəndaşları da oktyabrın 9-da keçiriləcək prezident seçkilərində öz seçki hüququndan istifadə edə biləcəklər.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ilə Xarici İşlər Nazirliyinin birgə səyləri nəticəsində Məkkə şəhərində müvəqqəti məntəqə yaradılmışdır.
Qeyd edək ki, həmin məntəqədə təkcə zəvvarlar deyil, xidməti ezamiyyətdə, səyahətdə olan Azərbaycan vətəndaşları da səs verə biləcəklər.