Oktyabrın 9-da keçiriləcək prezident seçkilərini işıqlandırmaq üçün 70-ə yaxın xarici ölkə jurnalisti MSK-da akkreditə olunmuşdur
Oktyabrın 9-da keçiriləcək prezident seçkilərini işıqlandırmaq üçün Azərbaycana gəlmək istəyən beynəlxalq kütləvi informasiya vasitələrinin (qəzet, jurnal, televiziya və radio, eləcə də elektron portallar) sayı artır.
Müstəqil Mətbuat Mərkəzi xəbər verir ki, artıq 20-dən çox beynəlxalq KİV-in 70-ə yaxın nümayəndəsi Mərkəzi Seçki Komissiyasında akkreditə olunmuşdur.
MSK-da akkreditə olunmuş KİV-lərin sırasında Türkiyənin TRT, Almaniyanın ARD, Rusiyanın "Russian Today” telekanllarının, Bloomberg News, Reuters, İTAR TASS, Sinxua, Avropa Pressfoto, Cihan xəbər agentlikərinin, "Vesti Seqodnya”, "Exo Planetı”, "New- York Times” kimi qəzetlər vardır.
Xarici KİV-lərin akkreditasiyası davam edir.