Seçici səs verəcəyi məntəqəni elektron xəritə vasitəsilə də tapa bilər
Bakı, 4 oktyabr. Oktyabrın 9-da keçiriləcək prezident seçkilərində vətəndaşların səsverməsini asanlaşdırmaq üçün müxtəlif tədbirlər həyata keçirilmişdir.
İlk növbədə Mərkəzi Seçki Komissiyasının saytı yenilənmiş, hər iki saytın dizaynı dəyişdirilmiş, axtarış imkanları genişləndirilmişdir. Bu saytlara yeni xidmətlər əlavə olunmuşdur.
İlk dəfə olaraq saytlarda elektron xəritədən istifadə olunur. İndi seçici elektron xəritə üzərində durduğu yeri qeyd edir, gedəcəyi dairəni və məntəqəni seçir. Bundan sonra xəritə üzərində onun hərəkət istiqaməti göstərilir.