Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında məntəqələr yaradılmışdır
04 oktyabr 2013 14:19
Bakı, 4 oktyabr. MSK katibliyinin İnformasiya mərkəzindən Müstəqil Mətbuat Mərkəzinə verilən məlumata görə, prezident seçkiləri ilə əlaqədar Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında 37 müvəqqəti məntəqə yaradılmışdır. Bu məntəqələrdə 14 minə yaxın Azərbaycan Respublikası vətəndaşı səs verəcəkdir. Onların səsvermədə iştirakını təmin etmək üçün hər cür şərait yaradılmışdır.