Prezident seçkilərində iştirak edəcək ən yaşlı seçicinin 124 yaşı vardır
Bakı, 4 oktyabr. Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya mərkəzindən Müstəqil Mətbuat Mərkəzinə bildirmişlər ki, oktyabrın 9-da keçiriləcək prezident seçkilərində 500 minə yaxın seçici ilk dəfə səs verəcəkdir. 150 nəfər seçicinin ad günü isə məhz oktyabrın 9-na təsadüf edir. Ölkə üzrə daimi seçicilərin 50,8 faizini qadınlar, 49,2 faizini isə kişilər təşkil edir.
Bu il yaşı 100 və 100-dən yuxarı olan 814 nəfər də bu ilki seçkilərdə iştirak edəcəkdir. İlin ən yaşlı seçicisi 89 saylı Göyçay – Ağdaş seçki dairəsində olan Ağdaş rayon sakini 124 yaşlı Dadaşova Gözəl Alı qızıdır.