Yanvarın 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası
Əvvəlcə MSK katibi Natiq Məmmədov referendum üzrə "Şəhər” təşviqat qrupunun qeydə alınması məsələsi barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, təqdim olunan imza vərəqələri və digər zəruri sənədlər MSK nəzdində fəaliyyət göstərən işçi qrupu tərəfindən yoxlanılıb və həmin təşviqat qrupunun qeydə alınması üçün əsaslar müəyyən edilib.Komissiya sözügedən təşviqat qrupunun qeydə alınması barədə qərar qəbul etmişdir.
Sonra Komissiya referendum üzrə "Yeni Azərbaycan” təşviqat qrupunun MSK-da məşvərətçi səshüquqlu üzvünün təsdiq edilməsi, səlahiyyətli nümayəndələrinin və vəkil edilmiş şəxslərinin qeydə alınması barədə qərar çıxarmışdır.
İclasda Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər də müzakirə edilmişdir. Məlumat verilmişdir ki, quruma daxil olunan müraciətlər MSK-da fəaliyyət göstərən hüquqşünaslardan ibarət ekspert qrupu tərəfindən müxtəlif instansiyalara sorğular verilmiş, hərtərəfli araşdırılma aparılmış və nəticədə həmin müraciətlərdə göstərilənlərdən heç biri öz təsdiqini tapmamışdır. Müraciətlər əsassız olduğundan təmin olunmamaları barədə qərar qəbul olunmuşdur.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ Milli Demokratiya İntitutunun, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər