Sentyabrın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Sentyabrın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 12 sentyabr 2013-cü ildə keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Sonra Komissiya Ümid Partiyası tərəfindən təyin olunmuş Ruslan Teymur oğlu Mürsəlovun MSK-nın məşvərətçi səs hüquqlu üzvü kimi təsdiqlənməsi barədə qərar qəbul etmişdir.
İclasda Azərbaycan Demokrat Partiyası tərəfindən təqdim edilmiş 6 nəfərin səlahiyyətli nümayəndə kimi qeydə alınması barədə də qərar çıxarılmışdır.
MSK cari məsələlərə də baxmışdır.
Komissiyanın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.