Fevralın 7-də Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilmişdir
07 fevral 2006 12:48
Fevralın 7-də Mərkəzi Seçki Komissiyasının yeni tərkibdə ilk iclası keçirilmişdir.
İclasa Komissiyanın üzvü Svetlana Qasımova sədrlik etmişdir.
MSK-nın iclasında iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Mərkəzi Seçki Komissiyası üzvlərini seçilmələri münasibətilə təbrik etmiş və onlara uğurlar arzulamışdır.
MSK-nın iclasında iştirak edən Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov Mərkəzi Seçki Komissiyası üzvlərini seçilmələri münasibətilə təbrik etmiş və onlara uğurlar arzulamışdır.
Sonra təşkilatı məsələyə baxılmışdır. Məzahir Pənahov Mərkəzi Seçki Komssiyasının sədri seçilmişdir. Svetlana Qasımova Mərkəzi Seçki Komissiyasının sədr müavini, Natiq Məmmədov isə Komissiyanın katibi seçilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.