İyunun 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
05 iyun 2013 12:48
İyunun 5-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir. Əvvəlcə Komissiyanın mayın 29-da keçirilmiş iclasının protokolu təsdiq edilmişdir. Sonra Mərkəzi Seçki Komissiyasının normativ xarakterli bəzi aktları təsdiq edilmişdir. İclasda 13 saylı Xəzər – Pirallahı, 14 saylı Xəzər və 102 saylı Samux – Şəmkir seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilmişdir. MSK iclasda cari məsələlərə də baxmışdır.
Komissiyanın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.