Avqustun 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Avqustun 27-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 24 avqust və 25 avqust 2013-cü il tarixli iclaslarının protokolları təsdiq edilmişdir.
Sonra 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədi qeydə alınmış Yeni Azərbaycan Partiyası tərəfindən MSK-ya təyin edilmiş məşvərətçi səs hüquqlu üzvün təsdiqi məsələsinə baxılmışdır. Aydın Mirzəzadənin məşvərətçi səs hüquqlu Komissiya üzvü təsdiq olunması barədə qərar çıxarılmışdır.
İclasda namizədliyi özü tərəfindən irəli sürülmüş İlqar Eldar oğlu Məmmədovun prezidentliyə namizədliyi təsdiq edilmiş və Xalid Zakir oğlu Bağırov onun səlahiyyətli nümayəndəsi kimi qeydə alınmışdır.
Komissiya "Milli Şura” seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Rüstəm Məmməd İbrahimoviç İbrahimbəyovun prezidentliyə namizədliyinin təsdiqi məsələsinə baxmışdır. Hüquqi əsasın olmadığından R. İbrahimbəyovun namizədliyinin irəli sürülməsinin təsdiq edilməməsi qərara alınmışdır.
Mərkəzi Seçki Komissiyası 105 saylı Tovuz seçki dairəsi dairə seçki komissiyasıının tərkibində dəyişiklik etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
MSK-nın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.