"Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda məlumat sessiyalarına start verilir
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı layihələrini davam etdirir. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Mərkəzi Seçki Komissiyasının və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyaları həmin layihələrdən biridir. Məlumat sessiyaları rayonların icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri üçün təşkil ediləcəkdir. Bu sessiyaların keçirilməsində məqsəd icra hakimiyyəti başçıları və dairə seçki komissiyalarının sədrləri ilə seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi haqqında fikir mübadiləsi aparmaqdır.
Məlumat sessiyalarının 23 avqustda Bakıda, 27 avqustda Mİngəçevirdə və 30 avqustda Şirvan şəhərində müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün keçirilməsi nəzərdə tutulmuşdur.