Avqustun 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
Avqustun 20-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 17 avqust 2013-cü il tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi özü tərəfindən irəli sürülmüş İsmayıl Sədulla oğlu Yusifovun Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin təsdiq edilməsi haqqında məsələyə baxılmışdır. MSK qərara almışdır ki, 2013-cü il oktyabrın 9-na təyin olunmuş Azərbaycan Respublikası Prezidentinin seçkilərində İsmayıl Sədulla oğlu Yusifovun namizədliyi təsdiq edilsin.
İclasda namizədliyi özü tərəfindən irəli sürülmüş Elşən Şirzad oğlu Həsənovun Azərbaycan Respublikasının Prezidentliyinə namizədliyinin təsdiq edilməsi haqqında məsələyə də baxılmışdır. Komissiyanın qərarına əsasən, Elşən Şirzad oğlu Həsənovun namizədliyi təsdiq edilmişdir.
MSK Elvin Çingiz oğlu Akifzadəni və İsmi Yaqub oğlu Rzazadəni prezident seçkilərində namizədliyi təsdiq olunmuş Zahid Orucun səlahiyyətli nümayəndələri kimi qeydə almışdır.
Mərkəzi Seçki Komissiyası cari məsələlərə də baxmışdır.
MSK-nın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.