Avqustun 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

16 avqust 2013 11:58

Avqustun 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.


Əvvəlcə Komissiyanın 13 avqust və 14 avqust 2013-cü tarixli iclaslarının protokolları təsdiq edilmişdir.


Sonra 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Məmməd Mübariz oğlu Əlizadənin namizədliyinin təsdiq edilməsi haqqında məsələyə baxılmışdır. Komissiya qərara almışdır ki, 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Azərbaycan Sosial Demokrat Partiyası tərəfindən irəli sürülmüş Araz Əlizadənin namizədliyi təsdiq edilsin.


Sevda Xanhüseyn qızı Əliyeva Sosial Demokrat Partiyasının səlahiyyətli nümayəndəsi, Rauf Rafiq oğlu Babayev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi qeydə alınmışlar.


Komissiya Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin namizədliyinin təsdiq edilməsi haqqında məsələyə də baxmışdır. Mərkəzi Seçki Komissiyası Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası tərəfindən irəli sürülmüş Qüdrət Müzəffər oğlu Həsənquliyevin də namizədliyinin təsdiqi barədə qərar çıxarmışdır. Azərbaycan Respublikası Prezidentinin seçkilərində Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndəsi kimi Elçin Əbdülrəhim oğlu Mirzəbəyli, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə kimi isə İlqar Əlixan oğlu Məmmədxanov qeydə alınmışlar.


İslasda 43 saylı Sumqayıt üçüncü, 59 saylı Salyan və 120 saylı Cəbrayıl – Qubadlı seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişkliklər edilmişdir.


Komissiya cari məsələlərə də baxmışdır.


Mərkəzi Seçki Komissiyasının iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.