Avqustun 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

12 avqust 2013 19:02

Avqustun 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir.


Əvvəlcə Komissiyanın 11 avqustda keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.


Sonra bəzi seçki dairələrinin hüdudlarında, dislokasiyasında və qrafik təsvirində dəyişiklik edilməsinə dair məsələyə baxılmış və səkkiz seçki dairəsində müvafiq dəyişiklilərin edilməsi barədə qərar qəbul edilmişdir.


İclasda Azərbaycan Respublikası Prezidentliyinə namizədliyi özü tərəfindən irəli sürülmüş İlqar Əli oğlu Məmmədovun namizədliynin təsdiq edilməsi haqqında məsələyə baxılmışdər. Mərkəzi Seçki Komissiyası İlqar Əli oğlu Məmmədovun prezidentliyə namizədliynin təsdiq olunması barədə qərar qəbul etmişdir.


İclasda cari məsələlərə də baxılmışdır.


Mərkəzi Seçki Komissiyasının iclasında beynəlxalq qurumların, xarici dövlətlərin ölkəmizdəki səfirliklərinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.