Oktyabrın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
10 oktyabr 2006 15:27
Oktyabrın 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə 2006-cı il oktyabrın 6-da keçirilmiş Azərbaycan Respublikasında bəzi bələdiyyələrə təkrar, əlavə, yeni və ilk dəfə keçirilən seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlər müzakirə edilmişdir. Komissiyanın üzvləri araşdırdıqları müraciətlər barəsində məlumat vermişlər. Müraciətlərdən 3-ünün araşdırılması üçün aidiyyəti üzrə müvafiq dairə seçki komissiyalarına göndərilməsi barədə qərar qəbul edilmişdir. İkisii öz təsdiqini tapmadığı üçün təmin edilməmişdir.
Digər müraciətlərin növbəti iclasa qədər araşdırılması qərara alınmışdır.
İclsada cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.