Sentyabrın 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir
12 sentyabr 2006 15:20
Sentyabrın 12-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə Komissiyanın 5 sentyabr 2006-cı il tarixli iclasının protokolu təsdiq edilmişdir.
Sonra MSK sədrinin müavini Svetlana Qasımova və Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsinə dair məsələ haqqında məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası 45 saylı Abşeron və 122 saylı Xankəndi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişklik edilməsi barədə qərar çıxarmışdır.
İclsada cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.