İyulun 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
07 iyul 2006 15:08
İyulun 7-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
Əvvəlcə MSK katibi Natiq Məmmədov "Azərbaycan Respublikasında bələdiyyə seçkilərində iştirak etmək hüququna malik olan Azərbaycan Respubliası vətəndaşlarının, vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin seçki prosesində istifadə etdikləri şəxsiyyəti təsdiq edən sənədlərin siyahısı” barədə məlumat vermişdir. Komissiya bu Siyahının təsdiq olunması və Mərkəzi Seçki Komissiyasının 21 iyun 2003-cü il tarixli 3/21 saylı Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Seçki Məcəlləsinin 1.1.25-ci maddəsinə əsasən seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyətini təsdiq edən və seçki prosesində istifadə etdikləri sənədlərin siyahısı”nın qüvvədən düşməsi haqqında qərar qəbul etmişdir.
Sonra bələdiyyə seçkiləri zamanı vəkil edilmiş şəxslərin, səlahiyyətli nümayəndələrin və məşvərətçi səs hüquqlu üzvlərin bəzi sənəd formaları təsdiq edilmişdir.
Mərkəzi Seçki Komissiyasının iclasında bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi haqqında da qərarlar çıxarılmışdır.
MSK cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun, ABŞ səfirliyinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.