İyunun 19-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşmüşdür.
19 iyun 2013 12:38
İyunun 19-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Ehtiyacların Dəyərləndirilməsi Missiyası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla görüşmüşdür. Missiya üzvlərini salamlayan MSK sədri başçılıq etdiyi qurumun nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq əlaqələri qurduğunu vurğulamışdır. Sədr missiya üzvlərinə seçkilərə hazırlıq istiqamətində görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, seçkilərlə bağlı bir sıra layihələrin müxtəlif beynəlxalq təşkilatlarla birgə həyata keçirilməsi nəzərdə tutulur. Görüşdə qonaqların sualları cavablandırılmış və qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilmişdir. Missiya üzvləri səmimi qəbula görə minnətdarlıqlarını bildirmiş və Mərkəzi Seçki Komissiyasına uğurlar arzulamışlar.