Mayın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
23 may 2006 15:00
Mayın 23-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclaslı keçirilmişdir.
Əvvəlcə Komissiya üzvləri MSK-ya daxil olmiş müraciətlər barədə məlumat vermişlər.
4 məsələ ilə bağlı müraciətlərin ilkin araşdırma aparılması üçün aidiyyəti üzrə müvafiq dairə seçki komissiyalarına göndərilməsi qərara alınmışdır. MSK-ya daxil olmuş müraciətlərdən 1-i təmin edilməmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.