Mayın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
19 may 2006 14:58
Mayın 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclaslı keçirilmişdir.
Əvvəlcə Komissiya üzvləri MSK-ya daxil olmuş müraciətlər barədə məlumat vermişlər.
Müraciətlərdən 8-nin ilkin araşdırma aparılması üçün aidiyyəti üzrə müvafiq dairə seçki komissiyalarına, 3-nün isə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır. MSK-ya daxil olmuş müraciətlərdən 2-si təmin edilməmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.