Mayın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
16 may 2006 14:56
Mayın 16-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclaslı keçirilmişdir.
Əvvəlcə Mərkəzi Seçki Komissiyasının sədri beynəlxalq müşahidə missiyalarının 13 may 2006-cı ildə keçirilmiş Milli Məclisə təkrar seçkilərlə bağlı verdikləri rəylərə toxunmuş və ümumilikdə onların müsbət olduğunu diqqətə çatdırmışdır. O, səsvermə günündən sonra Mərkəzi Seçki Komissiyasına 23 müraciətin daxil olduğunu bildirmiş və həmin müraciətlərdən bəzilərində vətəndaşlar tərəfindən seçkilərin qanunun tələblərinə uyğun keçirilməsi ilə bağlı minnətdarlıq ifadə edildiyini, bəzilərinin isə şikayət xarakterli olduğunu söyləmişdir.
Sonra Komissiya üzvləri MSK-ya daxil olmiş müraciətlər barədə məlumat vermişlər. Məlum olmuşdur ki, şikayət xarakterli müraciətlərdən bəzilərində konkret faktlar göstərilməmişdir. Ona görə də Mərkəzi Seçki Komissiyası üzvlərinin yekdil rəyi belə olmuşdur ki, həmin xarakterli müraciətlərin araşdırılması davam etdirilməlidir.
Müraciətlərin bəzilərinin anonim olduğu aşkar edilmişdir. Müraciətlərdən 3-nün isə qanunun tələblərinə uyğun olaraq ilkin araşdırma aparılmasından ötrü aidiyyəti üzrə müvafiq dairə seçki komissiyasına göndərilməsi qərara alınmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Müşahidə Missiyasının, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.