Mayın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir.
13 may 2006 14:54
Mayın 13-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının iclasları keçirilmişdir.
Komissiiyanın iclaslarında Azərbaycan Respublikasının üçüncü çağırış Milli Məclisinə təkrar seçkilərin keçirilməsi vəziyyəti və MSK-ya daxil olmuş müraciətlər müzakirə edilmişdir. Milli Məclisinə təkrar seçkilərin keçirilməsi vəziyyəti ilə bağlı çıxış edən Komissiya üzvləri bildirmişlər ki, seçkilər qanunun tələblərinə uyğun keçirilib.
Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri daxil olmuş müraciətlərlə bağlı məlumat vermişlər. MSK müraciətlərdən 8-inin araşdırılmaq üçün aidiyyəti üzrə müvafiq dairə seçki komissiyalarına, 1-nin isə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi haqqında qərarlar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Müşahidə Missiyasının, ABŞ səfirliyinin, Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(ABŞ) təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.