Mayın 20-də Türkiyə Cumhuriyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
Mayın 20-də Türkiyə Cumhuriyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alper Coşkun Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşmüşdür.
Qardaş ölkənin təmsilçisi ilə görüşdən məmnunluq duyduğunu bildirən Mərkəzi Seçki Komissiyasının sədri Azərbaycanla Türkiyənin qardaşlıq və dostluğa əsaslanan münasibətlərinin bundan sonra da yüksələn xəttlə inkişaf edəcəyinə əmin olduğunu vurğulamışdır.
Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Azərbaycanda çalışdığı dövrdə dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün bütün qüvvəsini sərf edəcəyini dilə gətirmişdir. O, iki ölkənin seçki qurumları arasında yüksək səviyyəli əməkdaşlığın qurulması təşəbbüsü ilə çıxış etmişdir.
Səfir Azərbaycandakı mövcud seçki sistemi, seçki qurumlarının təşkili prinsipləri və fəaliyyət istiqamətləri barədə məlumat verilməsini xahiş etmişdir.
MSK sədri qardaş ölkənin təmsilçisinə Azərbaycan Respublikasının seçki sistemi və seçki institutlarının fəaliyyəti barədə ətraflı məlumat vermişdir .
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.