Əvvəlcə Yeni Azərbaycan Partiyasının təşəbbüsü əsasında adları həmin partiyanın müşahidəçilər siyahısına əlavə edilmiş şəxslərin 17 dekabr 2004-cü ildə keçiriləcək bələdiyyə seçkilərində bütün ölkə ərazisində müşahidə aparmasına icazə verilməsi haqqında məsələyə baxılmışdır. Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərində həmin şəxslərin Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparmasına icazə verilməsi barədə qərar qəbul etmişdir.
04 dekabr 2004 17:27

Sonra Komissiya sədrinin müavini Svetlana Qasımova, MSK katibi Natiq Məmmədov və Mərkəzi Seçki Komissiyasının üzvü Yusif Bağirzadə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi təklifi ilə çıxış etmişlər. Mərkəzi Seçki Komissiyası 29 saylı Səbail, 73 saylı Lənkəran şəhər, 94 saylı Bərdə kənd, 107 saylı Qazax və 108 saylı Ağstafa seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
İclasda bələdiyyə seçkiləri ilə bağlı MSK- ya daxil olmuş müraciətlər də müzakirə edilmişdir. Komissiya cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.