Əvvəlcə MSK-nın katibi Natiq Məmmədov Demokratik Proseslərin Beynəlxalq Araşdırma Mərkəzi (DRBAM) ictimai birliyi tərəfindən təqdim edilən şəxslərin respublikanın bütün ərazisində müşahidə aparmaları məsələsi barədə məlumat vermişdir. Mərkəzi Seşki Komissiyası həmin ictimai birlik tərəfindən təqdim olunan şəxslərin respublikanın bütün ərazisində müşahidə aparmalarına icazə verilməsi haqqında qərar qəbul etmişdir.
09 dekabr 2004 17:23

Sonra Komissiya sədrinin müavini Svetlana Qasımova və Mərkəzi Seçki Komissiyasının üzvü Yusif Bağirzadə bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər olunması təklifi ilə çıxış etmişlər. Mərkəzi Seçki Komissiyası 73 saylı Lənkəran şəhər, 94 saylı Bərdə kənd, 108 saylı Ağstafa və 110 saylı Zaqatala seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi haqqında qərar çıxarmışdır.
Komissiya cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.