Əvvəlcə Komissiya sədrinin müavini Svetlana Qasımova və MSK-nın katibi Vidadi Mahmudov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi ilə bağlı məsələ barədə məlumat vermişlər.
02 noyabr 2004 17:21
Əvvəlcə Komissiya sədrinin müavini Svetlana Qasımova və MSK-nın katibi Vidadi Mahmudov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi ilə bağlı məsələ barədə məlumat vermişlər. Mərkəzi Seçki Komissiyası 21 saylı Nəsimi birinci, 48 saylı Yevlax şəhər və 95 saylı Tərtər seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında qərar çıxarmışdır.
Sonra Hüseyn Məmməd oğlu Paşayev Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Komissiyasında məşvərətçi səs hüquqlu komissiya üzvü təsdiq edilmişdir.
MSK-nın digər katibi Natiq Məmmədov 2004-cü il dekabrın 17-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Komissiyaya daxil olmuş müraciətlər barədə məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası namizədlklərinin qeydə alınmasından imtina olunmuş 28 nəfərin şikayət ərizəsinə baxmış və onların namizədliklərinin qeydə alınması haqqında qərar qəbul etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında ATƏT-in Bakı ofisinin təmsilçiləri və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.