Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov 2004-cü il dekabrın 17-nə təyin edilmiş bələdiyyələrə seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydası barədə məlumat vermişdir. Komissiya qərara almışdır kı, seçki bülletenləri Azərbaycan Respublikası Milli Məclisi Aparatının mətbəəsində 2004-cü il noyabrın 8-nə olan məlumata görə seçki dairələri üzrə daimi seçici siyahılarındakı 4. 552.662 seçicinin ümumi sayından 3 faiz artıq olmamaqla cəmi 4. 689.201 nüsxə hazırlansın. MSK həmçinin seçki bülletenlərinin mətninin və formasının təsdiqi olunması haqqında qərar qəbul etmişdir.
08 noyabr 2004 17:18

Sonra bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi ilə bağlı məsələ müzakirə edilmişdir. Mərkəzi Seçki Komissiyası 21 saylı Nəsimi birinci, 25 saylı Nizami ikinci, 45 saylı Abşeron, 49 saylı Yevlax – Mingəçevir və 71 saylı Masallı kənd seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərar çıxarmışdır.
İclasda 2004-cü il dekabrın 17-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı Komissiyaya daxil olmuş müraciətlər də müzakirə edilmişdir. Mərkəzi Seçki Komissiyası namizədlklərinin qeydə alınmasından imtina olunmuş 25 nəfər vətəndaşin şikayət ərizəsinə baxmış və onlardan 22 nəfərin namizədliyinin qeydə alınması haqqında qərar qəbul etmişdir.
MSK cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.