Əvvəlcə Mərkəzi Seçki Komissiyasının katibi Natiq Məmmədov 2004-cü il dekabrın 17-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı bəzi seçki sənədlərinin nümunələri haqqında məlumat vermişdir. Mərkəzi Seçki Komissiyası həmin sənədlərin nümunələrini təsdiq etmişdir.
10 noyabr 2004 17:16

Sonra Komissiyanın digər katibi Vidadi Mahmudov bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi məsələsi ilə bağlı məlumat vermişdir. MSK 30 saylı Suraxanı birinci, 62 saylı Saatlı, 73 saylı Lənkəran şəhər və 114 saylı Şəki kənd seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edilməsi barədə qərar çıxarmışdır.
İclasda MSK-ya daxil olmuş müraciətlər də müzakirə edilmişdir. 21 nəfər vətəndaşin şikayət ərizəsinə baxılmış və onlardan 17 nəfərin namizədliyinin qeydə alınması haqqında qərar qəbul edilmişdir.
Komissiya cari məsələlərə də baxmışdır.
Mərkəzi Seçki Komissiyasının iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun təmsilçiləri və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.